Hərbi Prokurorluqda yeni təyinat olub.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovniki Ələsgərov Aydın Abdulla oğlu Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib.