• Bakı 26° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb

SİYASƏT

05 Sentyabr 2025 | 10:20

Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb

Perunun xarici işlər naziri Elmer Şialer Salsedo bu ölkədə sentyabrın 3-4-də səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə qarşı tərəf Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına ölkəsinin marağını ifadə edərək ilk siyasi məsləhətləşmələrin əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinə təkan verəcəyini söyləyib.

Xatırladaq ki, sentyabrın 4-də Azərbaycan və Peru Limada Xarici İşlər nazirlikləri (XİN) arasında ilk siyasi məsləhətləşmələr raundu keçirilib.


SON XƏBƏRLƏR

05 Sentyabr 2025