• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

"Real"ın növbəti hədəfi 19 yaşlı müdafiəçidir

İDMAN

10 May 2025 | 11:23

Realın növbəti hədəfi 19 yaşlı müdafiəçidir

İspaniyanın "Real" klubu "Ayaks"ın (Niderland) 19 yaşlı müdafiəçisi Yorrel Hatonu transfer etmək istəyir.

Bakıvaxtı.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi universallığı ilə seçilən futbolçunu yay "transfer pəncərəsi"ndə heyətinə qatmaq niyyətindədir.

O, komandadan ayrılacağı gözlənilən 32 yaşlı David Alabanın əvəzləyicisi kimi görülür. Müdafiəçi İspaniya klubunun ona marağından xəbərdar olsa da, hazırda bütün diqqətini "Ayaks"a cəmləyib.

Qeyd edək ki, Y.Hato cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 47 oyunda 3 qola və 6 məhsuldar ötürməyə imza atıb. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 30 milyon avro qiymətləndirir.


SON XƏBƏRLƏR

09 May 2025