"Ukraynada ədalətli və davamlı sülh tam və qeyd-şərtsiz atəşkəslə başlayır".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron deyib.
“Üç ildən artıqdır siz (Ukrayna) təqdirəlayiq cəsarətlə torpağınız, azadlığınız və Avropa üçün müqavimət göstərirsiniz. Bəli, qitəmizin təhlükəsizliyi təhlükə altındadır”, - Fransa lideri qeyd edib.
Makron bildirib ki, Rusiyanın təcavüzü qarşısında cavab kollektiv olmalıdır. Fransa Prezidenti bu səbəbdən Kiyevə Almaniya, Polşa və Böyük Britaniya liderləri ilə gəldiyini vurğulayıb.