• Bakı 21° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Makron Rusiyanı yeni sanksiyalarla hədələdi

DÜNYA

10 May 2025 | 13:57

Makron Rusiyanı yeni sanksiyalarla hədələdi

"Moskva Ukraynada 30 günlük atəşkəs şərtlərini qəbul etməkdən imtina edərsə, Rusiyaya qarşı yeni sanksiyalar paketi bir neçə gün ərzində tətbiq oluna bilər".

Bakıvaxtı.az xəbər verir ki, bunu  Fransa prezidenti Emmanuel Makron "LCI" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, gələcək sanksiyalar Rusiya iqtisadiyyatı üçün daha sərt olacaq və çəkindirici rol oynamalıdır.

Makron həmçinin vurğulayıb ki, o, Moskva və Kiyev arasında birbaşa danışıqları asanlaşdırmağa hazırdır.

Mina Mikayılova


SON XƏBƏRLƏR