• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Ceyhun Bayramov: Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik
 

SİYASƏT

10 May 2025 | 11:54

Ceyhun Bayramov: Ulu Öndərin xatirəsinə ehtiramımızı ifadə edirik 

“Müasir müstəqil Azərbaycanın banisi, ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu gün ölkəmizin xarici siyasət sahəsində həyata keçirilən ardıcıl və prinsipial xətt Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir". 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xarici İşlər Naziri Ceyhun Bayramov media nümayəndələrinə açıqlamasında bildirib.

Ölkəmizin baş diplomatı əlavə edib ki, bu, məhz ulu öndərin uzaqgörən siyasətinin təcəssümüdür. Əsası ötən əsrin 90-cı illərinin son dərəcə çətin və mürəkkəb dövründə qoyulan bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR

09 May 2025