• Bakı 20° C

    3.52 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bu ölkələrin səfirləri Ukrayna XİN-ə çağırıldı

DÜNYA

10 May 2025 | 15:42

Bu ölkələrin səfirləri Ukrayna XİN-ə çağırıldı

Ukrayna Xarici İşlər Nazirliyi bəzi ölkələrin nümayəndələrinin İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar Moskvada keçirilən paradda iştirakından narazılığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qurumun saytında yerləşdirilən rəsmi məlumatda deyilir.

Paradda rəhbərləri iştirak edən dövlətlərin Kiyevdəki səfirləri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıblar.

Bəyanatda vurğulanır ki, Kiyev Rusiyanın İkinci Dünya müharibəsində qələbəni mənimsəməsinə və Ukrayna xalqının bu qələbəyə töhfəsini azaltmağa imkan verməyəcək.

Xatırladaq ki, mayın 9-da bəzi xarici dövlətlərin rəhbərləri İkinci Dünya müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş bayram tədbirlərində iştirak etmək üçün Moskvada olublar.

Paradda iştirak edən ölkələr bunlardır: Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya (Gürcüstanın işğal edilmiş bölgəsi), Bosniya və Herseqovina, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya, Ermənistan və Cənubi Osetiyadır (Gürcüstanın işğal edilmiş bölgəsi). Ümumilikdə parada 29 ölkənin liderlərinin qatıldığı açıqlanıb.


SON XƏBƏRLƏR

09 May 2025