• Bakı 23° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.9807

    RUB - 2.0993

Tramp elan etdi: Hindistan və Pakistan atəşkəslə razılaşıblar

DÜNYA

10 May 2025 | 16:25

Tramp elan etdi: Hindistan və Pakistan atəşkəslə razılaşıblar

Hindistan və Pakistan tam və dərhal atəşkəs haqqında razılığa gəliblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki hesabında yazıb:

“ABŞ-nin vasitəçiliyi ilə uzun gecə davam edən danışıqlardan sonra mən Hindistan və Pakistanın tam və dərhal atəşkəs haqqında razılığa gəldiyini elan etməkdən məmnunam”.

Amerika lideri Yeni Dehli və İslamabadı münaqişənin deeskalasiyası münasibətilə təbrik edib.

O, hər iki ölkənin sağlam düşüncə və yüksək səviyyədə ağlabatanlıq nümayiş etdirdiyini vurğulayıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR