• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Pakistan Hindistan aerodromunun məhv edildiyini açıqlayıb

DÜNYA

10 May 2025 | 09:50

Pakistan Hindistan aerodromunun məhv edildiyini açıqlayıb

Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti ölkə ordusunun Hindistanın Cammu və Kəşmir bölgəsindəki Birnala şəhərində aerodromun və üç nəzarət-buraxılış məntəqəsinin məhv edildiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bununla yanaşı, ölkə ordusunun Cammu və Kəşmir bölgəsinin Punç mahalının Bhimber-Qali kəndində Hindistan Silahlı Qüvvələrinin briqada qərargahını məhv etdiyi bildirilib.

Qeyd edək k, mayın 10-na keçən gecə Hindistan Pakistanın aviabazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Silahlı Qüvvələrinin nümayəndəsi hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Cavab olaraq Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.


SON XƏBƏRLƏR

09 May 2025