Kiyevdə olan Almaniya kansleri Fridrix Merz hazırkı vəziyyətdə Ukraynada seçkilərin keçirilməsi ilə bağlı Donald Trampın mövqeyi ilə razılaşmadığını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "BILD"ə müsahibəsində bildirib .
Siyasətçi Ukrayna konstitusiyasının hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsinə icazə vermədiyini xatırladıb və bu müddəaya hörmət etməyə çağırıb.
“Prezident Zelenski qanuni yolla seçilmiş dövlət başçısı və bizim tərəfdaşımızdır”,- deyə Merz vurğulayıb.
Mina Mikayılova