• Bakı 22° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib

CƏMİYYƏT

10 May 2025 | 13:30

 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib

Cari ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi və nazirliyin Mənzil Komissiyasının sədri general-mayor Elçin Əliyev deyib.

O qeyd edib ki, hər il Maliyyə Nazirliyi tərəfindən bununla bağlı vəsait ayrılır. Bu il də həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) 500-dən artıq ev alınıb.

"Bu gün Sumqayıt şəhərində bu mərhələdə hərbçilərə ümumilikdə 59 mənzil təqdim olunub. Həmin mənzillər bir və dörd otaqlıdır. Ümumilikdə bu il ərzində bir və dörd otaqlı olmaqla, 500-dən çox mənzil hərbi qulluqçulara təhvil verilib”, - o bildirib.


SON XƏBƏRLƏR

09 May 2025