"Rusiya Prezidenti Vladimir Putin atəşkəs və sülhdən imtina edərsə, ABŞ və Böyük Britaniya Ukraynaya hərbi yardımı artıracaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Böyük Britaniya Baş naziri Kir Starmer deyib.
“ABŞ ilə birlikdə Putinə açıq şəkildə müraciət edirik: əgər siz sülhə ciddi yanaşırsınızsa, indi bunu nümayiş etdirmək üçün şansınız var. Bu, atəşkəs əldə edildikdən sonra dərhal, əlavə şərtlər qoyulmadan, gecikdirilmədən danışıqlara başlanılan qeyd-şərtsiz 30 günlük atəşkəsdir. Putin zəmin istəyir, amma atəşkəs əvəzinə hərbi parad təşkil edir, bir daha meydan oxuyur, bizim çoxsaylı, Ukraynanın müraciətlərinə baxmayaraq, imtina edir”, - Britaniya Baş naziri vurğulayıb.
Starmer bildirib ki, Putin atəşi dayandırmaqdan imtina edərsə, Britaniya və ABŞ Ukraynaya hərbi yardımı artıracaq:
“Putin sülh yoluna qayıtmasa, cavab verəcəyik. Prezident Trampla birlikdə Rusiyanı danışıqlar masasına oturtmaq üçün Ukraynanın müdafiəsinə yardımımızı artıracağıq”.