• Bakı 11° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

“Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmağa çox yaxınıq” - Mirzoyan

DÜNYA

12 Mart 2025 | 10:05

“Azərbaycanla sülh müqaviləsini yekunlaşdırmağa çox yaxınıq” - Mirzoyan

“Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi barədə deməliyəm ki, biz, yəni Ermənistan və Azərbaycanı nəzərdə tuturam, sülh müqaviləsi layihəsini yekunlaşdırmağa çox yaxınıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistana rəsmi səfəri zamanı yerli mətbuata müsahibəsində deyib.

O qeyd edib ki, əgər əvvəlcə saziş layihəsini işlənib hazırlanmasını başa çatdırmaq, sonra isə onu imzalamaq mümkün olsa, müqavilə Cənubi Qafqazda sülhün və sabitliyin ən möhkəm sütunlarından birinə çevriləcək.

“Bu, həm də Azərbaycanla artıq əldə etdiyimiz digər addımları, danışıqları və razılaşmaları tamamlayır. Məsələn, cəmi bir neçə ay əvvəl biz iki dövlət arasında demarkasiya prosesi ilə məşğul olan sərhəd komissiyalarının işi haqqında müddəaları imzalamağa və sonra ratifikasiya etməyə nail olduq”, - Ermənistan XİN rəhbəri bildirib.

“Biz regionda nəqliyyat infrastrukturunun blokdan çıxarılması barədə təklifimizi irəli sürmüşük. Onu da əlavə edə bilərəm ki, Ermənistan Azərbaycana silahlara qarşılıqlı nəzarət və yoxlama mexanizmi yaratmağı təklif edib. Beləliklə, bütün bu vasitələr regionumuzda uzunmüddətli və sabit sülhün bərqərar olmasına kömək edə bilər. Bütün ölkələr hər iki tərəfin və hər iki ölkənin konstruktiv addımlarını alqışlamaqla müsbət rol oynaya bilər. Digər tərəfdən, təbii ki, onu da qeyd etməliyəm ki, Azərbaycanla artıq əldə etdiyimiz razılaşmalar birbaşa ikitərəfli danışıqlar yolu ilə mümkün olunub. Ümid edirəm ki, bu məqsədə tezliklə nail olacağıq", - o əlavə edib.


SON XƏBƏRLƏR