Azərbaycan hökuməti və Şimali Makedoniya hökuməti arasında diplomatik və xidməti/rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saziş Azərbaycan XİN başçısı Ceyhun Bayramov ilə Şimali Makedoniya xarici işlər naziri Timço Mutsunski arasında imzalanıb.