• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Burada optimal qiymətləndirmə tətbiq edilməlidir - Deputat

SİYASƏT

11 Aprel 2025 | 11:31

Burada optimal qiymətləndirmə tətbiq edilməlidir - Deputat

"Bu günlərdə tikinti şirkətinin mülkiyyətçinin evinin qanunsuz olaraq sökülməsi baş verdi: “Bu qanunsuz addım idi. Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında  deputat Fazil Mustafa deyib.

Onun sözlərinə görə, sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir. 

"Bu zaman tikiləcək mənzillər artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır. Burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca qəzalı binalar problemi qalmağa davam edəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR