• Bakı 19° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Müsavat Partiyası hökumətdən 10 minə yaxın pul ALIB

SİYASƏT

11 Aprel 2025 | 09:30

Müsavat Partiyası hökumətdən 10 minə yaxın pul ALIB

Müsavat Partiyası ötən il hökumətdən 10 min manata yaxın maliyyə yardımı alıb.

Bakıvaxtı.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, 2024-cü ildə partiyanın hesabına dövlətdən 9200 manat köçürülüb.

Vəsaitin sentyabrın 1-də keçirilən parlament seçkilərindən sonra köçürüldüyü bildirilir.

Partiya, həmçinin 2024-cü ildə 14 min manatdan artıq üzvlük haqqı toplayıb. Həmçinin partiyanın hesabına 6200 manat qanunla qadağan olunmayan mənbələrdən vəsait daxil olub.

Beləliklə, Müsavat Partiyasının ötən ilki gəlirləri 30 min manata yaxın olub. Bu, 2023-cü illə müqayisədə 3 dəfə çoxdur.

Vəsaitin 12 min manatı partiyanın saxlanılmasına və informasiya təminatına, qalanı isə seçkiyə xərclənib.

Qeyd edək ki, partiyanın hazırkı sədri İsa Qəmbərdir.


SON XƏBƏRLƏR

02 May 2025