• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Ukrayna Ciddə danışıqlarında diplomatik təşəbbüsü ələ alıb

DÜNYA

12 Mart 2025 | 14:41

Ukrayna Ciddə danışıqlarında diplomatik təşəbbüsü ələ alıb

Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Ciddədə (Səudiyyə Ərəbistanı) aparılan danışıqlar səkkiz saat davam edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixiy sosial şəbəkə hesabında yazıb.

Səudiyyə Ərəbistanında səfərdə olan prezident Volodimir Zelenski Ukrayna nümayəndə heyəti ilə məsafədən əlaqə saxlayıb.

"Ciddədəki danışıqlar məhz diplomatiya sənəti, strateji düşüncə, qeyri-standart həllərin axtarışı, çeviklik və qətiyyətin düzgün balansı, son məqsəd naminə taktiki addımlar atmaq bacarığı baxımından iştirak etdiyim ən maraqlı danışıqlardan biri idi. Bütün bunları dünən Ukrayna nümayəndə heyəti və ilk növbədə, onun fəaliyyətini məsafədən istiqamətləndirən Ukrayna Prezidenti nümayiş etdirdi", - o qeyd edib.

Onun sözlərinə görə, Ukrayna danışıqlarda "strateji diplomatik təşəbbüsü tamamilə ələ keçirərək oyunun gedişatını dəyişib".

Görüşün nəticələrinə əsasən, ABŞ-nin Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyi məlum olub. Həmçinin ABŞ tərəfi Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs rejiminin tətbiqini təklif edib.


SON XƏBƏRLƏR