MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası oktyabrın 9-da Düşənbədə keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Birliyin baş katibi Sergey Lebedev Almatıda keçirilən MDB XİN başçıları Şurasının genişləndirilmiş iclasında bildirib.
"Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilməsi barədə qərar qəbul edilib", - o vurğulayıb.
Qeyd edək ki, MDB xarici işlər nazirlərinin görüşləri ildə iki dəfə keçirilir.