Ukrayna Almaniyadan yeni hərbi yardım paketi alacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri Almaniyanın müdafiə naziri Boris Pistoriusun bəyanatına istinadən məlumat yayıb.
Paketə dörd ədə IRIS-T hava hücumundan müdafiə sistemi və “Patriot” sistemləri üçün 30 raket daxildir.
Bundan əlavə, Almaniya 15 “Leopard 1A5” əsas döyüş tankı, 300 kəşfiyyat aparan pilotsuz uçuş aparatı, 100 yerüstü müşahidə radarı, 25 “Marder” piyada döyüş maşını və s. tədarük edəcək.
O, həmçinin bildirib ki ki, liderlər Ukraynanın yerli səviyyədə lisenziya əsasında raket istehsalı ilə bağlı sorğusunu müzakirə edəcəklər.