• Bakı 19° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Putindən Ukraynaya Türkiyə ilə bağlı TƏKLİF

DÜNYA

11 May 2025 | 09:45

Putindən Ukraynaya Türkiyə ilə bağlı TƏKLİF

Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.

Bakıvaxtı.az  xəbər verir ki, Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.

"Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb", - ölkə başçısı qeyd edib.

O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.

"Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm", - Putin söyləyib. /"Report" 


SON XƏBƏRLƏR

11 May 2025
10 May 2025