• Bakı 23° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.9406

    RUB - 2.1689

Türkiyə universitetlərində çalışmaq istəyənlərə PİS XƏBƏR

DÜNYA

10 Iyun 2025 | 01:15

Türkiyə universitetlərində çalışmaq istəyənlərə PİS XƏBƏR

Türkiyənin ali təhsil müəssisələrində müqavilə əsasında çalışan xarici vətəndaşların sayı məhdudlaşdırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, müqavilə əsasında çalışan xarici vətəndaşların sayının mövcud işçi heyətinin cəmi 2 faizi səviyyəsində olmasına icazə veriləcək.

Bu barədə müvafiq qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (parlamentin) plenar iclasının gündəliyinə daxil edilib.

Türkiyə Ali Təhsil Şurasının (YÖK) məlumatına görə, 2023–2024-cü tədris ilində ölkə universitetlərində müqavilə əsasında 3 minədək xarici mütəxəssis çalışıb. Onların əksəriyyətini İran, Azərbaycan, ABŞ və Suriya vətəndaşları təşkil edib. Türkiyənin ali məktəblərində çalışan azərbaycanlı mütəxəssislərin sayı 235 nəfər olub. Onlardan 39-u professor, 13-ü isə dosent elmi adını daşıyır./Publika.az


SON XƏBƏRLƏR

11 Iyun 2025