• Bakı 25° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

Kanalizasiya içməli suya qarışdı - 274 nəfər zəhərləndi

DÜNYA

09 Iyul 2025 | 23:05

Kanalizasiya içməli suya qarışdı - 274 nəfər zəhərləndi

Dağıstanda 270-dən çox uşaq içməli sudan zəhərlənib.

Bakıvaxtı.az gazeta.ru-ya istinadla bildirir ki, Rusiyanın Dağıstan Respublikasında içməli sudan kütləvi zəhərlənmə qeydə alınıb. Rəsmi məlumatlara görə, zəhərlənənlərin sayı 274 nəfərə çatıb, onların 270-i uşaqdır.

Hadisə Magaramkent rayonunun bir neçə yaşayış məntəqəsində baş verib. Sakinlər qusma, ishal və yüksək hərarət şikayətləri ilə tibbi müəssisələrə müraciət ediblər. Onlardan 84 nəfəri xəstəxanaya yerləşdirilib, digərləri ambulator müalicə alır.

Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti (Rospotrebnadzor) ilkin səbəb kimi içməli suyun çirklənməsini göstərib. Qeyd olunur ki, təmir işləri zamanı su borularında yaranan nasazlıq nəticəsində içməli suya çirkab qarışıb.

Hadisə ilə bağlı rayonun mənzil-kommunal təsərrüfatı idarəsinin rəhbəri saxlanılıb. Ona qarşı "təhlükəsizliyə cavabdeh olan xidmətin keyfiyyətsiz göstərilməsi" maddəsi ilə cinayət işi açılıb. İstintaq və laborator müayinələr davam etdirilir.

Hazırda əhaliyə yalnız qaynadılmış və ya qablaşdırılmış su istifadə etmək tövsiyə olunub. Sakinlərə içməli su alternativ olaraq xüsusi maşınlarla çatdırılır. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı fövqəladə nəzarət tədbirləri həyata keçirir.


SON XƏBƏRLƏR

09 Iyul 2025