• Bakı 24° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Erməni nazirlərdən sülh MESAJLARI

DÜNYA

08 Avqust 2025 | 20:22

Erməni nazirlərdən sülh MESAJLARI

Beş illik fasilədən sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan "Facebook" səhifəsində post paylaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, Ermənistanın XİN rəhbəri yazıb:

“Ermənistan Respublikası naminə. İndiki və gələcək naminə. Sizin üçün, uşaqlar”.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bəyan edib ki, “sülh olacaq, müharibə olmayacaq, blokadalar, nəqliyyat əlaqələri açılacaq və iqtisadi inkişaf olacaq, Ermənistan əsas dünya ticarət yolunun bir hissəsinə çevriləcək”.

Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan da öz növbəsində “dəhliz olmayacağını, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq əsasında blokun açılacağını, müharibə yox, sülhün olacağını” bildirib.

Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında sülh sazişi ilə bağlı üçtərəfli görüş keçiriləcək.


SON XƏBƏRLƏR