• Bakı 24° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Zelenski: Ukraynada 4 nəfər ölüb, 44-dən çox insan yaralanıb

DÜNYA

07 Sentyabr 2025 | 17:35

Zelenski: Ukraynada 4 nəfər ölüb, 44-dən çox insan yaralanıb

Rusiya hərbçilərinin gecə saatlarında Ukrayna ərazisinə kütləvi hücumu nəticəsində 4 nəfər ölüb, 44 nəfər yaralanıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Ukrayna lideri Volodimir Zelenskinin Telegram kanalında Fransa prezidenti Emmanuel Makronla telefon danışığından sonra yazıb.

"Bu gün mən Emmanuel Makronla danışdım. Biz gecə saatlarında Rusiyanın sərt atəşə tutulmasını müzakirə etdik. Təəssüf ki, Ukraynada 4 nəfər həlak olub, 44-dən çox insan yaralanıb", - o qeyd edib.

Zelenskinin sözlərinə görə, xilasedicilər və fövqəladə xidmətlər hələ də bütün ölkə ərazisində hücumun nəticələrini aradan qaldırır.

"Biz diplomatik səylərimizi, gələcək addımlarımızı və müvafiq cavabı təmin etmək üçün tərəfdaşlarla təmaslarımızı əlaqələndirmişik. Fransa ilə birlikdə müdafiəmizi gücləndirmək üçün yeni tədbirlər hazırlayırıq", - Ukrayna prezidenti vurğulayıb.


SON XƏBƏRLƏR

06 Sentyabr 2025