• Bakı 24° C

    1.84 m/s

  • USD - 1.7

    EUR - 1.9317

    RUB - 2.281

Sentinel-1D peyki bu tarixdə orbitə buraxılacaq

DÜNYA

07 Oktyabr 2025 | 17:07

Sentinel-1D peyki bu tarixdə orbitə buraxılacaq

Sentinel-1D peykini daşıyan “Ariane 6” raketi dörd həftə ərzində orbitə buraxılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropanın “Arianespace” şirkəti məlumat yayıb.

Məlumata görə, Avropa Kosmik Agentliyinin Kopernik ətraf mühitin monitorinqi proqramının işə salınması noyabrın 5-də Fransa Qvianasındakı buraxılış məntəqəsindən planlaşdırılır.

Sentinel-1D radar peyki 693 kilometr yüksəklikdə günəşlə sinxron orbitə yerləşdiriləcək.

Qeyd olunub ki, missiya VA265 yeni Avropa Ariane 6 raketinin üçüncü kommersiya uçuşu və bu daşıyıcı raketin dördüncü buraxılışı olacaq.

Kosmik gəminin vəzifələrinə dəniz buzunun 24 saat ərzində monitorinqi, həmçinin torpağın çökməsi və neft dağılmalarının izlənilməsi daxildir.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyun 2026