• Bakı 12° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.9561

    RUB - 2.0897

Rumıniya XİN sabah Türkiyəyə səfər edəcək

DÜNYA

06 Noyabr 2025 | 16:28

Rumıniya XİN sabah Türkiyəyə səfər edəcək

Rumıniyanın xarici işlər naziri Oana Toyu sabah ilk rəsmi səfərini Türkiyəyə edəcək.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Toyu türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.

Məlumata görə, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri, ticarət və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq.

Tərəflərin həmçinin Qara dənizdə təhlükəsizlik, müdafiə sənayesi və regional sabitlik məsələlərinə dair fikir mübadiləsi aparması gözlənilir.

Fidanın Rumıniyanın Türkiyənin Aİ üzvlüyünə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edəcəyi bildirilib.

Əli Hüseynov


SON XƏBƏRLƏR