• Bakı 12° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

DÜNYA

06 Dekabr 2025 | 14:56

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.

Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib.

"İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik", - A.Qriqoryan vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.


SON XƏBƏRLƏR

05 Dekabr 2025