Suriyadakı hazırkı humanitar vəziyyəti dünyanın ən böyük və ən mürəkkəb humanitar fövqəladə hadisələrindən biri kimi xarakterizə etmək olar.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı Əlaqələr Bürosunun direktoru Oleq Kobyakov deyib.
O, bildirib ki, 2025-ci ildə ölkədə siyasi və iqtisadi dəyişikliklərlə yanaşı, son 36 ilin ən pis quraqlığı yaşandı ki, bu da yerli sakinlərin ərzaq təhlükəsizliyinə zərbə vurub.
"Dünyanın ən böyük və ən mürəkkəb humanitar fövqəladə hallarından biri Suriyada davam edir. Ölkənin 23,2 milyon əhalisinin təxminən 14,5 milyonu yüksək səviyyədə ərzaq təhlükəsizliyindən əziyyət çəkir. İqtisadi böhran və artan ərzaq qiymətləri həssas ailələri istehlak etdikləri ərzaqların miqdarını və keyfiyyətini azaltmağa, istehsal vasitələrini satmağa sövq edir", - Kob qeyd edib.
FAO ofisinin direktoru əlavə edib ki, mövcud kontekstdə bitkiçilik, heyvandarlıq və su dəstəyi vasitəsilə yerli ərzaq istehsalına sərmayə qoymaq Suriyada həyat və dolanışıq vasitələrini xilas edəcək. Eyni zamanda humanitar yardıma ehtiyacı olan insanların sayını və onların ərzaqdan asılılığını azaldacaq.
Gülşən Şərif
Bakı 



