• Bakı 13° C

    3.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Kanada Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb

DÜNYA

06 Dekabr 2025 | 15:40

Kanada Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısından çıxarıb

Kanada Suriyanı terrorizmin dövlət himayədarları siyahısından, Heyət Təhrir əl-Şamı isə terror təşkilatları siyahısından çıxarıb.

Bakıvaxtı.az "CNN"ə istinadən xəbər verir ki, bu, Qlobal Affairs Kanada bəyanat yayıb.

Bəyanata əsasən, bu tədbirlər Böyük Britaniya və ABŞ də daxil olmaqla, müttəfiqlərin son qərarlarına uyğun olaraq həyata keçirilib. Ottava həmçinin Suriyanın keçid hökumətinin sabitliyin möhkəmləndirilməsi, vətəndaşları üçün əhatəli və təhlükəsiz gələcəyin qurulması, regional sabitliyin gücləndirilməsi və terrorizmlə mübarizə üçün qlobal tərəfdaşlarla əməkdaşlıq istiqamətində səylərini dəstəkləyib.

"Bu qərarlar asan qəbul edilməyib. Kanadalıların təhlükəsizliyi Kanada hökumətinin əsas prioriteti olaraq qalacaq", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, Kanada hazırda Bəşər Əsədin keçmiş hökumətinin yüksək rütbəli məmurları, habelə onun tərəfdaşları və ailə üzvləri də daxil olmaqla, 56 Suriya qurumu və 225 şəxsə qarşı sanksiyalar tətbiq edir. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 Dekabr 2025