Latviya hakimiyyəti Rusiya və Belarusla sərhəd boyu hava məkanında axşam və gecə saatlarında uçuş qadağasını uzadıb.
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə ölkənin Hava Hərəkətinə Nəzarət Xidməti məlumat yayıb.
Məlumata görə, əvvəllər uçuş məhdudiyyətləri dekabrın 7-nin sonuna qədər qüvvədə idi. Belarus və Rusiya ilə sərhədə yaxın hava məkanında 6 km-ə qədər hündürlükdə qadağa dekabrın 14-ün sonuna qədər uzadılıb.
Latviya hakimiyyəti bu tədbirləri hələ sentyabr ayında tətbiq edib və onları müntəzəm olaraq yeniləyir.
Hava Hərəkətinə Nəzarət Xidmətinin məlumatına görə, yeni qərar Latviya hava məkanının bütün istifadəçilərinə çatdırılıb. Oxşar bir həftəlik məhdudiyyətlər Estoniya və Litva ilə sərhədlər boyu uçuşlar üçün də tətbiq edilib.
İstisnalar hərbi idarə tərəfindən təsdiq edilmiş uçuşlardır.
Gülşən Şərif
Bakı 



