İstanbul Baş Prokurorluğu tərəfindən aparılan “İmamoğlu cinayət təşkilatı” istintaqı çərçivəsində yeni mərhələyə keçilib.
Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, prokurorluq İstanbul Polis İdarəsinə 6 şübhəlinin ifadəsinin alınması ilə bağlı göstəriş verib.
Məlumata görə, Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak barəsində “ictimaiyyətə yalan məlumat yaymaq” və “cinayət təşkilatı çərçivəsində istintaqa köməklik etmək” ittihamları irəli sürülüb.
İfadəvermə prosesi İstanbul Polis İdarəsində keçiriləcək.
Prokurorluq bildirib ki, istintaq çərçivəsində yeni faktlar və əlaqələrin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Əli Hüseynov
Bakı 



