Fransada prezident Emmanuel Makronun siyasi çıxılmaz vəziyyətdən çıxmaq üçün istefaya getməsi üçün edilən çoxsaylı çağırışlar məntiqsizdir və yalnız Fransa institutlarını zəiflədəcək.
Bakıvaxtı.az "France24" qəzetinə istinadən xəbər verir ki, bunu Makronun Dirçəliş partiyası "X" hesabında bildirib.
"Respublika prezidentinin istefası ilə bağlı çağırışlar mənasızdır. O, demokratik yolla seçilib və onun legitimliyi şübhə altına alına bilməz. Bu, bizim institutlarımızı zəiflədəcək və heç bir halda parlament böhranını həll etməyəcək", - partiyanın bəyanatında qeyd olunub.
Gülşən Şərif