Slovakiya Ukraynaya minatəmizləmə avadanlıqları göndərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Slovakiyanın daxili işlər naziri Matus Şutaj-Eştok məlumat verib.
Nazir vurğulayıb ki, Bratislavanın Kiyevə silah göndərməmək vədi qüvvədə qalır:
“Ukraynaya heç bir silah göndərməyəcəyik”, – deyə o qeyd edib.
Qeyd olunur ki, bu, Slovakiyanın baş naziri Robert Fitso hökuməti tərəfindən 2023-cü ilin sonundan bəri Ukraynaya təsdiqlənmiş ilk humanitar yardım paketidir.
Mina Mikayılova