• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Filippində zəlzələdən sonra 8 mindən çox afterşok qeydə alındı

DÜNYA

07 Oktyabr 2025 | 15:36 | Müəllif: Əli Hüseynov

Filippində zəlzələdən sonra 8 mindən çox afterşok qeydə alındı

Filippində baş verən 6,9 bal gücündə zəlzələdən sonra 8 mindən çox yeraltı təkan qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun məlumatına görə, sentyabrın 30-da Palompon bölgəsində baş verən əsas zəlzələdən bu günə qədər 8298 afterşok müşahidə olunub.

Qeyd olunub ki, təkanların gücü 1–5,1 bal arasında dəyişib. Təbii fəlakət nəticəsində 72 nəfər həyatını itirib, 47 mindən çox insan isə zərər çəkib.

Filippin Sakit Okeanın “Alov halqası” adlanan seysmik aktiv zonasında yerləşdiyindən bu cür zəlzələlər ölkədə tez-tez baş verir.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026