• Bakı 19° C

    3.26 m/s

  • USD - 1.7

    EUR - 1.9886

    RUB - 2.0473

Vardanyan Rusiyanın avtomobil biznesini tamamilə tərk edib

DÜNYA

07 Oktyabr 2025 | 17:10

Vardanyan Rusiyanın avtomobil biznesini tamamilə tərk edib

Qarabağdakı keçmiş separatçı rejimin “dövlət naziri”, bir sıra ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyan Rusiyanın avtomobil biznesini tamamilə tərk edib. 

Bakıvaxtı.az “Kommersant”a istinadən xəbər verir ki, R.Vardanyan Rusiyanın “Atom” elektromobilləri layihəsindəki payını satıb. 

Bildirilib ki, onun “Vosxod” MMC-də sahib olduğu 25 faizlik pay şirkətin özünə keçib. “Vosxod” isə “Atom” elektrik avtomobillərinin istehsalı ilə məşğul olan “Kama” şirkətinin əsas səhmdarıdır. 

Hazırda isə “Vosxod”un həmsahibləri “KamAZ” şirkətinin baş direktoru Sergey Koqoqin və “Spektr” şirkətidir. 

R.Vardanyan 2024-cü ilin payızında “KamAZ”ın da ortaq sahibliyindən çıxıb.

Xatırladaq ki, R.Vardanyan 2023-cü ilin payızından Bakıda həbsdədir. O, həbsdən əvvəl rəhbərlik etdiyi tanınmamış separatçı qurumun ərazisindən Ermənistana qaçmağa cəhd edərkən Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Qarabağda saxlanılıb. Vardanyan terrorizm, qanunsuz silahlı birləşmələrin təşkili və maliyyələşdirilməsi, hərbi cinayətlər və məcburi deportasiyada ittiham olunur.


SON XƏBƏRLƏR