Rusiya Səudiyyə Ərəbistanı və Malayziyaya səyahət üçün viza rejimini ləğv edəcək.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu, Rusiya Federasiyasında turizmin inkişafına dair strateji sessiyanın materiallarında yer alıb.
Qeyd olunub ki, Rusiya yaxın gələcəkdə iki ölkə ilə vizasız rejim tətbiq etmək niyyətindədir.
Bundan başqa, bir sıra ölkələrlə viza rejiminin sadələşdirilməsi əlavə olaraq iki milyon xarici turisti cəlb edib.
2030-cu ilə qədər Rusiyaya xarici turist səfərlərinin sayının indiki 5 milyonla müqayisədə 11 milyon artacağı gözlənilir.
Gülşən Şərif