Suriya Prezidenti Əhməd əl-Şaraa Suriya Demokratik Qüvvələrinin lideri Məzlum Abdi ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə anonim suriyalı rəsmi AFP-yə məlumat verib.
Məlumata görə, görüş ABŞ rəsmilərinin iştirakı ilə baş tutub.
Görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, Suriyanın Hələb şəhərində hökumət qüvvələri və SDQ arasında silahlı qarşıdurmalar yaşanır.
Bundan əvvəl SDQ Suriya ordusuna inteqrasiya olunmağa razılıq verib.