Çinin Henan vilayətində yaşayan 20 yaşlı qız hər ay saçlarını boyadığı üçün böyrək xəstəliyinə tutulub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, son zamanlar onun ayaqlarında qırmızı ləkələr, oynaq və qarın ağrıları kimi simptomlar ortaya çıxıb. Onu müalicə edən həkim, gənc qızda böyrək iltihabı diaqnozu qoyub.
Həkim bildirib ki, saç boyalarının tərkibindəki toksinlər böyrək və tənəffüs çatışmazlığına, həmçinin xərçəng riskinin artmasına səbəb ola bilər.
Onun sözlərinə görə, saç boyalarında qurğuşun və civə kimi sağlamlıq üçün zərərli maddələr də olur.
Mina Mikayılova