Putin guya müharibəni bitirmək istəyir, amma əslində o, mümkün qədər çox ukraynalı öldürmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Lipavski deyib.
“Dünən gecə o, 800-dən çox pilotsuz təyyarə və raket ataraq bir ananı və onun iki aylıq körpəsini öldürüb. Qadınlara və uşaqlara hücum edən qorxaq. Bu gün Ukraynaya yardımı kəsməkdən danışmaq təcavüzkarın tərəfini tutmaq deməkdir”, - Lipavski bildirib.