Moskva “Tomahawk” raketlərinin Ukraynaya ötürülməsində nüvə riski görür.
Bakıvaxtı.az xəbər verir ki bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, “Tomahawk” qanadlı raketlərinin Kiyevə mümkün təhvil verilməsi eskalasiyaya doğru ciddi addım olacaq, çünki burada söhbət nüvə başlığı daşıya bilən silahlardan gedə bilər.
"Bu, eskalasiyaya doğru bir addım olacaq, lakin Kiyev üçün cəbhədəki vəziyyəti dəyişə bilməyəcək. Amma başa düşmək lazımdır ki, müxtəlif nüanslardan başqa, söhbət nüvə silahı daşıya bilən raketlərdən gedir.Ona görə də bu, həqiqətən də ciddi eskalasiya mərhələsidir" deyə Kremlin sözçüsü yekunlaşdırıb.