• Bakı 24° C

    11.23 m/s

  • USD - 1.7

    EUR - 1.9819

    RUB - 2.1453

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu - yaralılar var

DÜNYA

08 Avqust 2025 | 20:20

Rusiya SOCAR-ın Odessadakı neft bazasını vurdu - yaralılar var

Avqustun 8-nə keçən gecə Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına hücum etmək üçün “Shahed” pilotsuz təyyarələrindən istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki,  bu barədə RBC-Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.

Hücuml yanğına səbəb olub və dizel yanacağı boru kəmərinə ziyan vurub.

Mənbələrin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.

Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.


SON XƏBƏRLƏR