• Bakı 28° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9911

    RUB - 2.1666

ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi

DÜNYA

10 Iyul 2025 | 00:10

ABŞ BMT nümayəndəsinə sanksiya tətbiq etdi

ABŞ BMT-nin Fələstin əraziləri üzrə xüsusi məruzəçisi Françeska Albanezə qarşı sanksiyalar tətbiq edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib. 

“Bu gün mən BMT-nin İnsan Haqları Şurasının xüsusi məruzəçisi Françeska Albaneze Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ və İsrail rəsmilərinə, şirkətlərinə və liderlərinə qarşı qanunsuz və biabırçı addımlar atmaq cəhdlərinə görə sanksiyalar tətbiq edirəm”, - deyə Rubio qeyd edib.

Rubio Albanezenin fəaliyyətini iki dövlətə qarşı siyasi və iqtisadi müharibə adlandırıb. Dövlət katibi bildirib ki, Vaşinqton həmişə özünümüdafiə hüququnda tərəfdaşları dəstəkləyəcək.

 


SON XƏBƏRLƏR

09 Iyul 2025