• Bakı 24° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

DÜNYA

10 Iyun 2025 | 09:45

Paşinyan yeni katolikos seçkisinə hazırlıq elan etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ardıcıllarına müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, N.Paşinyan müraciətində bildirib ki, Eçmiədzin kilsəsinin hazırkı rəhbərlikdən azad edilməsi üçün fəal addımlar atmalı və yeni katolikosluq seçkiləri təşkil olunmalıdır.

Baş nazir bununla bağlı təşkilati məsələlərini tənzimləmək üçün Koordinasiya Qrupu yaratmağın vacibliyini qeyd edib. Onun sözlərinə görə, Koordinasiya Qrupunun üzvləri kişilər, qadınlar, sadə insanlar və ya din xadimləri ola bilər. Koordinasiya Qrupuna daxil olan din xadimlərinin subaylıq andını pozmamaları məcburidir.

Paşinyan deyib ki, Koordinasiya Qrupunun ilk 10 üzvünün seçilməsini öz üzərinə götürəcək.

Gələcəkdə Qrup genişlənmə prosedurları, strukturu və digər mümkün məsələlər barədə qərar verəcək.

Baş nazir 5 meyar üzrə Koordinasiya Qrupuna üzv olmaq istəyənlərdən onun e-mail ünvanına müraciət göndərməyi xahiş edib.

“Bu fəaliyyətimiz zamanı çoxlu vəsvəsə sözləri eşidiləcək, bizi hər cür məsələdə ittiham edəcəklər”, - deyə Baş nazir bildirib.


SON XƏBƏRLƏR

10 Iyun 2025