• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Xanım rəis istefa verdi -  Nazir generalı rəis əvəzi təyin etdi 

SİYASƏT

12 Mart 2025 | 13:45

Xanım rəis istefa verdi -  Nazir generalı rəis əvəzi təyin etdi 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib.

Bakıvaxtı.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenantı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub.

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.

FHN-in Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub.

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu.


SON XƏBƏRLƏR