• Bakı 24° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

SİYASƏT

11 Aprel 2025 | 13:05

Əli Əsədov Qətərin mədəniyyət naziri ilə görüşüb

Baş nazir Əli Əsədov aprelin 11-də Qətər Dövlətinin mədəniyyət naziri Abdülrəhman bin Həməd Al Tani ilə görüşüb.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Qətər münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə olunub, xüsusilə mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğu bildirilib.

    Dünən Bakı şəhərində açılan Qətər Mədəniyyəti Günlərinin əhəmiyyətinə toxunulub, tədbirin Qətər xalqının zəngin mədəni irsi və adət-ənənələri ilə yaxından tanış olmaq üçün Bakı sakinləri və paytaxt qonaqlarına gözəl fürsət yaratdığı diqqətə çatdırılıb.

    Eyni zamanda 2024-cü ildə Qətərin paytaxtı Doha şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin çox uğurla keçirildiyi xatırlanıb. Bu cür tədbirlərin iki ölkənin xalqlarının daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

    Görüşdə Azərbaycan ilə Qətər arasında ticarət, investisiya, humanitar, mədəniyyət, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Sentyabr 2026