• Bakı 12° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ermənistanın Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq cəhdi olduqca maraqlıdır

SİYASƏT

11 Aprel 2025 | 12:14

Ermənistanın Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq cəhdi olduqca maraqlıdır

"Asiya Parlament Assambleyasının bu ilin fevralında Bakı deklarasiyasında olduğu kimi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 6 apreldə Daşkənddə keçirilmiş IV konfransında Qərbi azərbaycanlıların öz yurdlarına təhlükəsiz və ləyaqətli qayıdış səylərinə dəstəyin ifadə olunmasını 2024-cü il 5 may “Banjul Bəyannaməsi” ilə başladılan prosesin davamı, dövlətimizin bu yöndəki səylərinə parlament diplomatiyası müstəvisində göstərilən böyük töhfə kimi qiymətləndirir, alqışlayıram". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib.  

Millət vəkili qeyd edib ki,  Özbəkistanın başqa bir şəhərində- Səmərqənddə keçirilən Mərkəzi Asiya-Avropa Birliyi sammitindən sonra Ermənistanın Azərbaycanla Gürcüstan arasındakı kommunikasiya xətlərinin cəmisi bir neçə kilometrliyində strateji gərginlik yaratmaq cəhdi olduqca maraqlıdır: 

"Xanım fon der Lyayen həmən sammitdə orta dəhlizi “qlobal qapı” adlandırıb o qapının açarını da Ermənistana vermək niyyətində olduqalrını  açıqladıqdan dərhal sonra düşmən, bəli məhz düşmən şərti sərhəddin Qazax rayonundan keçən hissəsin bir yerində özünün 12 ədəd 122 millimetrlik D-30 haubitsalarını döyüş mövqeyinə çıxarır,  digər yerində böyük çaplı silahları atəş açmağa hazırlaşırlarmış kimi hərbçilərimizə doğru tuşlayır. Bu təsadüfdürmü, mümkün deyil. Avropa Birliyinin Ermənistandakı casus missiyasının sevimlilərinin bu əməlindən xəbəri varmı? Fikrimcə, nəinki xəbəri var, düzdür, döyüş mövqeyinə çıxarılanlar  dırnaqarası sülh fondunun ayırdığı vəsaitlə alınan və Fransanın ötürdüyü silahlar olmasa da, bu yeni gərginlik ssenarisinin hətta birgə yazıldığını belə mən istisna etmirəm. Amma haylar anlamalıdırlar ki,  onları belə  təxribatlara sürükləyənlər,  Ermənistan sərhədlərini açdırmaq əvəzinə onu büsbütün yox etdirə bilərlər". 

S.Alıyev vurğulayıb ki, Özbəkistan Prezidentinin cənab İlham Əliyevə niyə zəng etdiyini anlamırlarsa, öz problemləridir: 

"Amma əmin olmaq istərdim ki, sözü gedən forumda Prezidentimizin TDT-nin güc mərkəzinə çevrilməsi üçün tarixi fürsətin yarandığı, burda ləngimənin yolverilməzliyi haqda fikirlərini digər türk dövlətlərinin başçıları da bölüşürlər. Ümid etmək istərdim ki, onlar Şimali Kiprə yanaşmada Azərbaycan Prezidentinin ortaya qoyduğu açıq, prinsipial və təəssübkeş mövqeyi  diqqətdən qaçırmayacaqlar. Və avropalılarla imzaladıqları birgə bəyanatda BMT-nin 541, 550-ci qətnamələri vurğulansa da, həmən BMT baş katibinin təşəbbüsü ilə keçirilən refendumda nədən birləşməyə "hə" deyən Şiamli Kiprin yox, "yox" deyən  yunan Kiprinin Avropa Birliyinə üzv qəbul edildiyinin üzərində də düşünəcəklər".  

Mina Mikayılova


SON XƏBƏRLƏR