• Bakı C

    3.94 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Sibiqa: ABŞ tərəfi onlarla əlaqə saxlayacaq

DÜNYA

12 Mart 2025 | 15:06

Sibiqa: ABŞ tərəfi onlarla əlaqə saxlayacaq

Ukrayna atəşkəsin həyata keçirilməsinə hazırlıqla məşğul olacaq işçi qrupu yaratmağa hazırdır.

Bakıvaxtı.az Ukraynanın "Strana" nəşrinə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Andrey Sibiqa Polşa xarici işlər naziri Radoslav Sikorski ilə birgə mətbuat konfransında deyib.

"Biz Rusiya tərəfinin mövqeyini gözləyirik. ABŞ tərəfi onlarla əlaqə saxlayacaq. Biz öz tərəfimizdən bu atəşkəsə necə nail olacağına dair yol xəritəsini hazırlayacaq müvafiq qrup yaratmağa hazırıq", - o deyib.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna ABŞ tərəfinin 30 günlük müvəqqəti atəşkəs təklifini dəstəkləyib və qəbul edib.


SON XƏBƏRLƏR