• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Trampın məktubunu İrana ərəb ölkələrindən biri çatdıracaq

DÜNYA

12 Mart 2025 | 12:13

Trampın məktubunu İrana ərəb ölkələrindən biri çatdıracaq

ABŞ Prezidenti Donald Trampın məktubunu İranın Ali Rəhbəri Seyid Əli Xameneiyə ərəb ölkələrindən biri çatdıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

O, Trampın Xameneiyə yazdığı məktubun ərəb ölkələrindən biri tərəfindən İrana çatdırılacağını açıqlayıb.

Nazirin sözlərinə görə, məktub yazılsa da, Tehrana hələ çatmayıb.

“ABŞ Prezidentinin məktubu yazılıb, amma hələ ki bizə çatmayıb. Qərara alınıb ki, məktubu ərəb ölkələrindən birinin nümayəndəsi tezliklə Tehrana çatdırsın”, - XİN rəhbəri əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026