• Bakı 10° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8526

    RUB - 1.9891

Tamilla Şirəliyeva vəfat etdi - FOTO

MƏDƏNİYYƏT

12 Mart 2025 | 11:33

Tamilla Şirəliyeva vəfat etdi - FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktor müavini Fərid İbrahimov məlumat verib.

    O bildirib ki, T.Şirəliyeva uzun zamandır şəkərli diabet xəstəliyindən əziyyət çəkib. Son vaxtlar böyrəklərində problem yaranan balet ustası əməliyyat olunub. O bu gün səhər beyninə qan sızandan sonra vəfat edib.

    Qeyd edək ki, Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olub.


    SON XƏBƏRLƏR