• Bakı 13° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

"AzDrama"dan insidentlə bağlı açıqlama: hüquq-mühafizə orqanlarına...

MƏDƏNİYYƏT

08 Aprel 2025 | 12:37

AzDramadan insidentlə bağlı açıqlama: hüquq-mühafizə orqanlarına...

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ("Azdrama") Bədii Şurada baş verən insidentə münasibət bildirib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, teatrdan verilən məlumata görə, aprelin 4-də Bədii Şuranın iclası zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaşanıb.

"Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır", - məlumatda vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, hüquq-mühafizə orqanlarına müraciət faktı qeydə alınmayıb.


SON XƏBƏRLƏR

16 Aprel 2025